Rayonumuzda abadlıq-quruculuq işləri davam edir
02 avqust 2014 | 10:00
Respublikamızda son illər bütün sahələrdə olduğu kimi təhsildə də geniş quruculuq işləri görülür, mütərəqqi islaharlar aparılır. Ölkəmizin bütün regionlarında yeni məktəblər inşa edilir, onlara yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır.
Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. İlk növbədə qeyd edilməlidir ki, Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 6 məktəbdən 5-i əsaslı təmir olunaraq lazımı avadanlıqlarla təmin edilmişdir. Pirallahıda bu işlərə 2008-ci ildən başlanıb və ilk olaraq 235 №-li tam orta məktəb əsaslı təmir olunub. 2011-ci ildə 186 və Gürgən qəsəbəsində yerləşən 231 №-li tam orta məktəblər, 2012-ci ildə isə 243 №-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Çilov adasında yerləşən 131 №-li tam orta məktəb də 2007-ci ildə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilmişdir. Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 №-li tam orta məktəbin əsaslı təmir işləri davam edilir. Düz 50 il bundan əvvəl tikilmiş binanın damı dəyişdirilib. Eyni zamanda elektrik, su, istillik və kanalizasiya xətləri yenilənir, sinif otaqları əsaslı təmir olunur, məktəbin bütün kompüterləri ümumi şəbəkəyə qoşulur. İdman zalı da əsaslı təmir olunacaq və lazımi ləvazimatlar, idman avadanlığı ilə təchiz olunacaqdır. Binanın divarları rənglənəcək, döşəməyə yeni parket döşənəcək, həyətə yeni asfalt örtüyü salınacaqdır. Bütün işlərin yeni dərs ilinin başlanğıcında başa çatdırılması nəzərdə tutulur.
Pirallahıda qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davam etdirilir. 22 ədəd hündürmərtəbəli yaşayış binasının əsaslı təmiri, o cümlədən fasadlarının yenilənməsi, bloklarının və dam örtüklərinin təmiri istiqamətində müvafiq tədbirlər görülməsi üçün hazırlıq işləri aparılır.
Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın yüksək səviyyədə icrası və “Yüksək Texnologiyalar Parkı”nın(YTP) tikintisinə yaxın müddətdə başlanması üçün sənədləşmə prosesi başa çatmaqdadır. YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.
S.Bağırov küçəsindəki gölün qurudulması işləri başa çatmışdır. Bu ərazidə yeni yaşayış massivinin - “Abad Məhəllə-1”in salınması üçün 5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada inşaat işləri və kommunikasiya xətlərinin çəkilişi davam edir.
Pirallahı qəsəbəsində 30 min əhalini çörəklə təmin etməyə malik istehsal gücü olacaq “Cörək və un məmulatları kombinatı”nın inşası həyata keçirilir. Qeyd edək ki, kombinatda tamamilə yeni və müasir texnoloji standartlara cavab verən avadanlıqlardan istifadə olunacaq və çörəklə bərabər müxtəlif növ şirniyyatlar da istehsal olunacaq.
Pirallahı rayonunun perspektiv inkişaf planına əsasən, Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılır. Dəniz sahilinə yaxın ətraf ərazilər lazımsız, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır.
Pirallahı qəsəbəsində yeni çimərlik zonaları istifadəyə verilib. Çimərliklər ərazisində insanların istirahət etməsi üçün lazımi şərait yaradılmışdır. Əraziyə günlüklər qoyulmuş, paltardəyişmə yerləri, futbol və voleybol meydançaları təşkil olunmuşdur. Həmçinin burada su idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait vardır. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulmuşdur.
Çimərliklərdə insanların təhlükəsizliyi və sağlamlığı da nəzərə alınmışdır. Burada ilkin tibbi yardım məntəqəsi yaradılmış, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc geyimləri və ləvazimatları ilə təchiz olunmuş xilasedici qruplar çimərlik zonalarda xidmət göstərir.