Dövlət Sosial Müdafiə Fondu Pirallahı rayon şöbəsinin həmkarlar ittifaqı təşkilatının təsis yığıncağı keçirildi
09 avqust 2014 | 10:00
08 avqust 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondu Pirallahı rayon şöbəsi kollektivinin təşəbbüsü ilə Dövlət Sosial Müdafiə Fondu Pirallahı rayon şöbəsinin İlk həmkarlar ittifaqı təşkilatının təsis yığıncağı keçirildi. Yığıncaqda Dövlət Sosial Müdafiə Fondu Pirallahı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Xançoban Dəmirov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov, Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının və Dövlət Sosial Müdafiə Fondu Pirallahı rayon şöbəsinin əməkdaşları iştirak etdilər.
Tədbiri Dövlət Sosial Müdafiə Fondu Pirallahı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Xançoban Dəmirov açıq elan edərək, Pirallahı rayon şöbəsinin həmkarlar ittifaqı komitəsinin yaradılmasının zəruriliyini vurğuladı və bildiridi ki, təşkilat işçilərin sosial-iqtisadi problemlərinin həllinə, onların əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin təşkilinə kömək göstərmək məqsədi ilə yaradılır.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov öz çıxışında bildirdi ki, bu gün xalqın sosial rifah halının yüksəldilməsini özünün başlıca vəzifəsi hesab edən həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarındandır və bu təşkilat olmadan yeni şəraitdə sosial-əmək münasibətlərinin nizamlanması qeyri-mümkündür. Həmkarlar ittifaqları iqtisadiyyatın inkişafı üçün işçilərin qanuni hüquqlarının müdafiəsinə yardım göstərir, demokratik dəyərlərin inkişaf etdirilməsində mühüm rol oynayır, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə münasibətlərini genişləndirir, cəmiyyətdə sosial dialoqun, multikulturalizmin, tolerantlığın bərqərar olunması istiqamətlərində səylərini əsirgəmirlər.
Çıxışlardan sonra konfrans iştirakçıları tərəfindən verilən sualları Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov cavablandırdı.
Yekunda Konfrans iştirakçıları tərəfindən komitənin ilk həmkarlar ittifaqı təşkilatı statusunda, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinə qəbul edilməsi barədə müraciət qəbul olundu.