Pirallahı rayonunda abadlıq işləri davam edir
22 avqust 2014 | 10:00
İnkişaf etməkdə olan Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam etdirilməkdədir. Bu baxımdan paytaxtın Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir. İnsanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri geniş vüsat alır.
Pirallahı qəsəbəsində 50 hektar ərazidə inşa olunacaq Yüksək Texnologiyalar Parkının tikintisi üçün hazırlıq işləri görülməkdədir. Ərazidə təmizlik işləri aparılır, bu sahədən kecən bütün kommunikasiya xəttləri köcürülür və qısa müddət ərzində YTP-nin tikintisinə başlanacaqdır. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə start verilib. 29-cü məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır.
Qəsəbədəki Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi qrafikə yuğun olaraq davam etdirilir. Dördmərtəbəli inzibati binanın birinci mərtəbəsində betontökmə işləri yekunlaşmış və hazırda ikinci mərtəbədə betonlanma işləri görülür. Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasına yaxın inşa edilən ikimərtəbəli Heydər Əliyev Mərkəzinin binasında da betontökmə işləri davam etdirilir.
Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının tikintisi davam edir. Artıq binanın dam örtüyündə və fasad hissəsinə işlər başa çatmaq üzrədir. Burada işlər qrafik üzrə davam edir.