Baş Planın layihəsi üzərində işlər intensivləşdirilir
23 avqust 2014 | 10:00
22 avqust 2014-cu il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində rayonun Baş Planının tərkib hissəsi olan Pirallahı qəsəbəsinin Baş planının hazırlanması ilə bağlı növbəti müzakirə təşkil olundu.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun iştirakı ilə keçirilən müzakirədə Bakı Dövlət Layihə İnstututunun rəhbər işçiləri hazırladıqları layihəni təqdim etdilər. Baş Planı ən xırda detallarına qədər araşdıran İcra Hakimiyyətinin Başçısı və Pirallahı RİH Aparatının məsul əməkdaşları tərəfindən qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürüldü.
Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən dövlət əhəmiyyətli bu mühüm obyekt Pirallahı qəsəbəsinin Səməd Vurğun küçəsində yerləşəcək. Texnoparkın iki hissədən ibarət olacağı, bir hissədə ofis və elmi tədqiqat kompleksinin, digər hissədə isə yaşayış kompleksinin yerləşəcəyi nəzərdə tutulmuşdur.
İnşası davam edən digər mühüm obyektlərdən biri də günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisidir. Xatırladaq ki, Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmışdır və burda 2.8 meqavat gücündə Günəş elektrik stansiyası inşa edilir.
Alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, “disney land”, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün hər birinin 3 hektar sahəsi olan 2 yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər məsələlər müzakirə olundu və təkliflər irəli sürüldü. İcra Hakimiyyətinin Başçısı öz tövsiyyə və tapşırıqlarını verdi. Sonda Baş Planının layihəsi üzərində işlərin intensivləşdirilməsi barədə qərar qəbul edildi.