Şriftin ölçüsü :

Saytın rəngi :

İnformasiya texnologiyalarının inkişafı və peşəkar kadrların hazırlanması üşün əlverişli mühit yaradılır

03 sentyabr 2014 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, bütün bölgələrin sosial-iqtisadi inkişafı son 10 il ərzində daha da sürətlənmişdir. Yeni müəssisələrin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun inkişaf etdirilməsi, müasir sosial infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən, yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası ölkəmizin dinamik inkişafının, xalqımızın maddi rifahının və həyat səviyyəsinin xeyli yüksəlməsinin əsasını təşkil edir.
   Məlum oıduğu kimi qəbul edilmiş dövlət proqramına əsasən paytaxtımızın bütün rayonlarında, o cümlədən Pirallahı rayonunda da genişmiqyaslı layihələr reallaşır.
  Belə layihələrdən biri olan Yüksək Texnologiyalar Parkının Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonunda yaradılması üzrə müvafiq tədbirlər həyata keçirilir. YT Park inşa olunacaq ərazidən keçən bütün kommunikasiya xətlərinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Belə ki, avqust ayının 26-da Pirallahı Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanovun iştirakı ilə kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi istiqamətində müzakirələr aparılmışdır. Qeyd edək ki, burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir və beləliklə ölkəmizdə informasiya texnologiyalarının inkişafı və peşəkar kadrların hazırlanması üşün əlverişli mühit yaradılacaqdır.
Keçidlər