Pirallahı məzunları yüksək nəticələr əldə etmişlər
04 sentyabr 2014 | 10:00
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bütün sahələrdə özünün müsbət nəticələrini verməkdədir. Bu strategiyanın prioritet istiqamətlərdən biri də insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Azərbaycanda təhsili həmişə Yaxın Şərq və bütövlükdə Avrasiya məkanında təhsilin, o cümlədən dünyəvi təhsilin inkişafına önəmli töhfələr vermişdir. Ulu öndərimiz Heydər Əliyev təhsil haqqında deyirdi “- Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada,biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”. Onun layiqlı davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsası umumilli lider tərəfindən qoyulmuş təhsil strategiyasını uğurla davam etdirir. Qeyd etmək lazımdır ki, son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Məktəblərin maddi-texniki bazası gücləndirilmişdir.
Pirallahı rayonunun təhsil işçiləri uzun illərdir böyüməkdə olan gənc nəslin milli, vətənpərvər ruhda tərbiyə alması, savadlı, intellektual gənclər kimi yetişməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Pirallahı Rayon İcra Hakimiyyəti də rayonun təhsil sisteminin inkişafına öz töhfəsini verir, əlindən gələn köməyi göstərir. Sevindirici haldır ki, 168 №-li tam orta məktəbin şagirdi Mahmudov Ervin Gündüz oğlu qızıl medala layıq görülmüşdür.
2013-2014-cü tədris ilində Pirallahı rayonunda fəaliyyət göstərən 6 tam orta məktəb üzrə ümumilikdə 2318 şagird təhsil almışdır. Bunlardan 1064 nəfəri qızlar təşkil etmişdir. Buraxılış sinifləri üzrə IX sinifi 237, XI sinifi isə 165 şagird başa vurmuşdur. Belə ki, ilkin nəticəyə görə 5 məktəb üzrə 165 məzundan 97 şagird ali məktəblərə sənəd vermiş, bunlardan 71 nəfəri qəbul olmuşdur. Sənəd verənlərə nisbətən qəbul faizi 70-dən artıqdır ki, bu da 2012-2013-cü tədris ilinin göstəricisindən yüksəkdir.
2013-2014-cü ilin məzunlarından Mahmudov Ervin Gündüz oğlu (ADA, 659 bal), Samsuddinov Ruslan Omar oğlu (ADNA, 608 bal), Şükürzadə Ülvi Cəfər oğlu (BDU, 587 bal), Süleymanova Səbinə Elçin qızı (Prezident Yanında Dövlət İdarəçilik Akademiyası, 572 bal), Məmmədli Tərlan Mahir oğlu (BDU, 568 bal) və Zahidov Zahid Əliqismət oğlu (BDU, 522 bal) bal toplayaraq tələbə adı qazanmışdılar, bu da rayon tarixində ən yüksək orta bal göstəricisinin deməkdir.