Dövlət Proqramı uğurla həyata keçirilir
05 sentyabr 2014 | 10:00
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, paytaxtımızın bütün güşələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Rayonda su və kanalizasiya sistemi problemlərinin kompleks həlli davam edir, daxili xətlərin yenidən qurulması istiqamətində müvafiq tədbirlər görülür. Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsi yekunlaşmaq üzrədir və hal-hazırda Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yeni magistral xəttə qoşulma prosesi davam edir.
Fioletov küçəsində xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar əsaslı təmir olunurlar.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması nəzərdə tutulur. Hal-hazırda Əzizbəyov küçəsində asfaltlama işləri aparılır.
Eyni zamanda S.Bağırov küçəsində kanalizasiya sistemi yenidən qurulur. Qeyd etmək lazımdır ki, Dövlət Proqramına əsasən Pirallahı qəsəbəsində su və kanalizasiya xətləri tamamilə yenilənəcəkdir və bu işlər başa çatdıqdan sonra 16 mindən çox qəsəbə sakininin su və kanalizasiya sistemi ilə bağlı problemləri birdəfəlik öz həllini tapacaqdır.
Dövlət Proqramına uyğun olaraq Elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə "Bakıelektrikşəbəkə" ASC-nin müvafiq qurumu üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır və mart ayından həmin ərazidə birmərtəbəli inzibati binanın tikintisi aparılır. Binanın sahəsi 400 kvadrat metr, hündürlüyü isə 5 metr təşkil edəcəkdir. Qəsəbənin işıqlandırma sisteminin yaxşılaşdırılması məqsədilə 4000 metr uzunluğunda kabel xətti çəkilmiş, 630 kVt gücündə yeni transformatorun şəbəkəyə goşulacağı planlaşdırılır.