Şriftin ölçüsü :

Saytın rəngi :

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü" nə həsr olunmuş gənclər arasında güllə atıcılığı üzrə rayon turniri keçirilib

25 iyun 2026 | 13:08
     25 iyun 2026-cı il tarixində Pirallahı Gənclər Parkında Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektoru və Pirallahı Gənclər Evinin birgə təşkilatçılığı ilə "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü" nə həsr olunmuş könüllü qızlar və oğlanlar arasında güllə atıcılığı üzrə Pirallahı rayon turniri keçirilib.   
     Tədbirdə RİH başçısı Aparatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun və Pirallahı Gənclər Evinin məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən təhsil müəssisələrinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
     Tədbirdə çıxış edən natiqlər bütün iştirakçıları "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü" münasibətilə təbrik edərək, ordumuzun yaranma tarixindən və onun keçdiyi şərəfli və keşməkeşli yoldan fəxarətlə danışıblar. Qeyd olunub ki, "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü" nə həsr olunmuş turnir çox böyük əhəmiyyət əhəmiyyət kəsb edir.  Yarışın keçirilməsində əsas məqsəd atıcılıq idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi, dostluq münasibətlərinin möhkəmləndirilməsi və idmana marağın artırılması olub. Bu cür tədbirlər gənclərdə hərbi-vətənpərvərlik ruhunun formalaşması onların vətənə bağlı, cəsarətli və məsuliyyətli vətəndaş kimi yetişməsində əvəzsiz rola malikdir. Bu cür turnirlərdə gənclərin fiziki və mənəvi hazırlığını artırmaqla yanaşı onlara həm yeni bacarıqlar öyrədilir, həm də səbir, diqqət və məqsədə fokuslanmağın nə qədər vacib olduğu təlqin olunur. Bu turnirdə iştirak etmək hər bir gənc üçün çox maraqlı və yaddaqalan təcrübə ilə zəngin olacaqdır.
      Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə qaliblər müəyyənləşdirilərək diplom, medal və hədiyyələrlə təltif olunublar.
      Tədbirin sonunda xatirə şəkili çəkilib.
Keçidlər