Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib

25 iyun 2022 | 12:17
    24 iyun 2022-ci il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbirdə rayon İcra Hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, həmçinin aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, müəllimlər və şagirdlər iştirak etmişdir.  
    Tədbirdə mövzu ətrafında çıxışlar edilərək ətraflı məlumatlar vermişdir. Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
     Eyni zamanda qeyd olumuşdur ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
     BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur.
    Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alınaraq erkən nikah yaşında olan gənclərin məlumatlandırılmasına və uşaq nikahlarının qarşısının alınmasına da diqqət artırılmışdır.
Bu məqsədlə müraciətlər və monitorinqlər zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, həmçinin nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması, uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi təmin edilir.
     Tədbirin sonunda video çarxlar nümayiş olunmuşdur.

 

Keçidlər