Pirallahı rayon müəllimlərinin konfransı keçirildi
12 sentyabr 2014 | 10:00
Hər bir xalqın mənəvi həyatını onun ədəbiyyatı və mətbuatı ilə bərabər maarifi və təhsili də əks etdirir. Bu mənada çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan təhsili xalqımızın ən böyük mənəvi sərvətlərindən biridir desək, əlbəttə ki, yanılmarıq. Müəllim, pedaqoq adı bizdə həmişə böyük hörmətlə çəkilib. Azərbaycanda təhsilin inkişaf səviyyəsi daim o qədər yüksək olub ki, o, Yaxın Şərqdə və bütövlükdə Avrasiya məkanında təhsilin, o cümlədən dünyəvi təhsilin inkişafına da önəmli töhfələr vermişdir. Sevindirici haldır ki, Pirallahı rayonunun təhsil işçiləri də uzun illərdir böyüməkdə olan nəslin milli, vətənpərvər ruhda tərbiyə alması, savadlı, intellektual gənclər kimi yetişməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Ötən ildən başlayaraq yeni yaranmış Pirallahı rayon İcra Hakimiyyəti də rayonun təhsil sisteminin inkişafına öz töhfəsini verir, əlindən gələn köməyi göstərməyə çalışır.
Sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, 2013-2014-cü tədris ilinin yekunlarına və 2014-2015-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl 100 nəfərdən çox şagirdə məktəbli forması və məktəb çantaları paylandı. Dövlət Proqramına əsasən bu il əsaslı təmir edilmiş 168 №-li tam orta məktəbin akt zalında baş tutan tədbirdə Pirallahı RİH və YAP Pirallahı Rayon Təşkilatının rəhbərlikləri və məsul əməkdaşları, rayonun orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himninin ifasından sonra söz Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanova verildi.
Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi. İl ərzində rayon təhsilinin qazandığı uğurlardan, çatışmamazlıqlardan söz açan natiq Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki nailiyyətləri barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2013-2014-cü tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 165 məzundan 125 abituriyent ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə bunlardan 88 nəfəri tələbə adını qazanmışdır. Sənəd verənlərə nisbətən qəbul faizi 70%-dən yuxarıdır ki, bu da 2012-2013-cü tədris ilinin qəbul göstəricisindən (ötən il ali məktəblərə sənəd vermiş abituriyentlərin 65%-i tələbə adını qazanmışdı) yüksəkdir. 168 №-li tam orta məktəbin şagirdi Ervin Gündüz oğlu Mahmudov qızıl medala layiq görülmüşdür. Qeyd edək ki, Ervin Mahmudov 659 balla Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə etmişdir və ADA Universitetində Biznesin idarə olunması ixtisası üzrə təhsil alacaqdır. 243 №-li tam orta məktəbin şagirdi Ruslan Omar oğlu Şamsuddinov isə 608 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuşdur.
Daha 5 nəfər Pirallahı rayon məktəblisinin nəticəsi 500 baldan yuxarıdır ki, bu da rayon tarixində ən yüksək orta bal göstəricisinin əldə olunması deməkdir. 168 №-li tam orta məktəbdən Ülvi Şükürzadə (587 bal, BDU), Tərlan Məmmədli (568 bal, BDU) və Zahid Zahidov (515 bal, İqtisad Universiteti), 235 №-li tam orta məktəbin məzunu Nərminə Nəsibova (581 bal, ADA Universiteti) və 186 №-li tam orta məktəbdən Səbinə Süleymanova (572 bal, Prezident Yanında Dövlət İdarəçilik Akademiyası) təhsil alacaqları ali məktəblərdə də Pirallahı rayonunun adını daim yüksəltməyə calışacaqlar. Təqdirəlayiq haldır ki, bu il Pirallahı məktəblərindən məzun olmuş iki şagird ali hərbi məktəblərə daxil olmuşdur, deyən V.Səfixanov növbəti illərdə gənclərin hərbi təhsil verən məktəblərə istiqamətləndirilməsi işində daha böyük irəliləyiş əldə ediləcəyinə, eləcə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün xaricə göndərilən tələbələrin arasında Pirallahı rayonunun təmsilçilərinin olacağına əminliyini ifadə etdi.
Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi, Pirallahı rayonu üzrə kurator Adil Əliyev, 131 №-li tam orta məktəbin direktoru Rafail Musayev, ali məktəblərə qəbulda yüksək bal toplamış tələbə Səbinə Süleymanova, orta məktəbi qızıl medalla bitirmiş, qəbul imtahanında 659 bal toplamış Ervin Mahmudovun valideyni Flora xanım və başqaları Ümummilli Liderin təhsillə bağlı siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğulamışlar. Pirallahı rayon İcra Hakimiyyətinin rayonda təhsilin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmişdir.
Cıxışlardan sonra qəbul imtahanlarında yuksək bal toplamış keçmiş abituriyentlərin, eləcə də şagirdlərinin yüksək bilik əldə etməsində zəhməti olmuş müəllimlərin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilmişdir. 168 №-li və 131 №-li tam orta məktəblərin direktorları Şakir Mikayılov və Rəfael Musayevin, eləcə də 186, 243, 168 və 235 №-li tam orta məktəblərin təcrübəli pedaqoqları Mehriban Dünyamalıyeva, Elmira Mütəllibova, Kəklik Böyükkişiyeva və Zeynəb Yusubovanın əməyi Fəxri fərmanlarla qeyd olundu. Bu məktəblərin pedaqoji kollektivilərinin yetirməsi olan 7 tələbəyə isə pul mükafatı təqdim edildi. Tədbirə yekun vuran V.Səfixanov ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü" münasibəti ilə toplantı iştirakçılarını təbrik etdi, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması işində hər bir kəsə uğurlar arzuladı.