Pirallahı rayonunun siması dəyişilir
26 sentyabr 2014 | 10:00
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın bugünkü uğurlarına yol açır. Ölkəmizin hər yerində aparılan kompleks tikinti-abadlıq işləri Pirallahıda rayonunda da geniş vüsət alıb.
Rayon İcra Hakimiyyəti Başçısının iştirakı ilə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrilə birgə müşavirələr keçirilmiş, abadlıq işlərinə kompleks halında start verilmişdir.
Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir. Hazırda 4 mərtəbədən ibarət olacaq inzibati binanın üçüncü mərtəbəsində betontökmə işləri aparılır. Klassik və modern üslubun sintezini özündə əks etdirən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir.
Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasının yanında inşa edilən və 570 kvadrat metr tikinti sahəsi təşkil edən ikimərtəbəli Heydər Əliyev Mərkəzi də qəsəbəyə xüsusi yaraşıq verəcəkdir.
Pirallahı qəsəbəsində S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının (YAP) Rayon Təşkilatı üçün yeni inzibati binanın inşasına may ayından başlanılmışdır. Qeyd edək ki, ümumi sahəsi 3000 kvadrat metr təşkil edən və müasir arxitektura üslubunda tikilən ikimərtəbəli binada 8 otaq, iclas zalı, geniş foye və digər xidməti otaqlar olacaqdır. Yeni binanın 2015-ci ilin iyun ayınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Xatırladaq ki, 17 noyabr 2013-cü il tarixində YAP Pirallahı Rayon Təşkilatının Təsis konfransı keçirilmişdir və hazırda YAP Pirallahı Rayon Təşkilatının 3424 nəfər üzvü var. Onların 879 nəfərini gənclər təşkil edir.
Fioletov küçəsində xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Həmin ərazidə yerləşən ikimərtəbəli binaların fasad hissələrinin müasir üslubda rekonstruksiyası aparılır. Yeni layihəyə əsasən dekorativ hasarın tikintisi sürətlə həyata keçirilir. 29-cü məhəllədə də dördmərtəbəli iki binanın əsaslı təmiri davam etdirilir.
İndiyədək Dübəndi bağlar massivindən Gürgan qəsəbəsi istiqamətində magistral yolun genişləndirilməsi üçün kifayət qədər torpaq daşınmış, dekorativ elementlərin yüksək dizaynla hazırlanmasına sifarişlər verilmiş, geniş yaşıllıqlar salınmışdır ki, bu da gələcəkdə yola xüsusi yaraşıq verəcəkdir. Qeyd edək ki, yaşıllıq sahəsinin ümumi uzunluğu 2333 metrdir. Magistral yolun kənarındakı 10 metrlik zolaqda Giparis, Şimşək-nanə, Tuya, Leandra, Buksus, Liqustr, Eleks kimi ekzotik bitkilər əkiləcəkdir. Həmin ərazidə salınacaq qazon örtüyünün sahəsi 17500 kvadrat metr təşkil edəcəkdir.