Pirallahı rayonunda ahıllar günü qeyd edildi
01 oktyabr 2014 | 10:00
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. “Beynəlxalq Ahıllar günü” ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layıqlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görüb. Xatırladaq ki, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu gün də ahıl insanlar dövlət qayğısını daim hiss edirlər. Bu munasibətlə Pirallahı rayonunda də tədbir kecirildi.
V. Mustafazadə adına Mədəniyyət Mərkəzində “Beynəlxalq Ahıllar günü” münasibəti ilə keçirilən mərasim bunun bariz nümunəsidir. Bayram süfrəsi arxasında təşkil olunan tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin əməkdaşı İlqam Əsgərov ilk olaraq Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun salamlarını və təbriklərini tədbir istirakçılarına çatdırdı və daha sonra dövlət tərəfindən ahıllara göstərilən diqqət və qayğıdan danışdı.
Tədbirdə iştirak edən ahıllar onlara göstərdikləri diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda yaşlı nəslin nümayəndələrinə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olundu.