Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi növbəti tədbirini keçirdi
02 oktyabr 2014 | 10:00
Müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban Bayramı Azərbaycanda da böyük təmtəraqla keçirilir. Oktyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ənənəvi bayram təbrikində bildirdi ki, xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.
Müqəddəs Qurban bayramı münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçiriliir. 2014-cü ilin Oktyabr ayının 2-də Pirallahı RİH-nin akt zalında Qurban bayramı münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin təşəbbüsü ilə tədbir keçirildi. Tədbirdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin üzvləri, o cümlədən Pirallahı RİH-nin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının, Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin və digər üzvər iştirak edirdilər.
Toplantıda çıxış edən Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov müqəddəs Qurban Bayramı münasibəsi ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun salamlarını və təbriklərini tədbir istirakçılarına çatdırdı. O cümlədən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin sədri Hikmət Osmanovun da adından tədbir iştirakçılarını təbrik etdi. S.Hüseynov bildirdi ki, insanları halallığa, paklığa, xeyirxahlığa səsləyən, Allaha inamın, dərin etiqadın nümunəsi olan, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da dövlət səviyyəsində təmtəraqla qeyd olunur. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Çıxışın sonunda S. Hüseynov qeyd etdi ki, həmkarlar ittifaqı təşkilatı tərəfindən hər bir üzvə diqqət və qayğı göstərməklə onların üzləşə biləcəkləri problemlərin həllində müvafiq köməklik ediləcəkdir.
Tədbirdə çıxış edən Pirallahı RİH-nin əməkdaşı Namiq Hüseynov öz çıxışında Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban Bayramının xüsusi yerindən danışdı və bildirdi ki, bayram insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.
Tədbirdə çıxış edən Pirallahı RİH-nin əməkdaşı Anar Babayev qeyd etdi ki, bu bayramın əsas mahiyyəti birliy, qardaşlığ, insanlarla bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır.
Bu səbəbdən tədbir zamanı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin köməkliyi ilə Pirallahı rayon həmkarlar ittifaqı təşkilatı idarə heyətinin qərarına əsasən rayon həmkarlar ittifaqı üzvlərinə Qurban bayramı münasibəti ilə pul mükafatı təqdim olundu.
Tədbirin sonunda çıxış edən həmkarlar ittifaqi üzvləri onlara göstərilən diqqət və qayqıya görə öz minnətdarlıqlarını bildirdilər.