Şriftin ölçüsü :

Saytın rəngi :

Ehtiyata buraxılan hərbi qulluqçularla vida mərasimi keçirildi

03 oktyabr 2014 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuları haqqında sərəncam imzalamışdır.
    Azərbaycan Respublikası vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması münasibətilə Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin təmsilçiləri, hərbi hissənin zabit, gizir və sıravi əsgərləri iştirak etdilər.
    İlk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçularına təbriki oxunuldu.
    Tədbirdə çıxış edən N saylı hərbi hissənin polkovniki Celil Seyfullayev qeyd elədi ki, öz Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar edilmiş, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə rəhbərliyinin hörmət və məhəbbətini qazanacaqdır.
    Pirallahı RİH-nin əməkdaşı Namiq Hüseynov qeyd etdi ki, güclü ordu müstəqil və suveren dövlətimizin möhkəm dayağıdır. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışın sonunda zabit, gizir, sıravi əsgərlərə doğma vətənə şərəfli  xidmətlərində uğurlar arzuladı.
     Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin sədr müavini, 2-ci qrup əlil  Mübariz Xudaverdiyev çıxış edərək hərbi xidmətini uğurla başa vuran, həmçinin hərbi xidmətə yeni başlayan gənclərə uğurlar arzuladı.
     Xidmətdə fərqlənən hərbçilərə və hərbi xidmətini başa vuran bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olundu.
Keçidlər