Pirallahı rayonunda müqəddəs Qurban Bayramı münasibətilə qurbanlar kəsildi
04 oktyabr 2014 | 10:00
Müqəddəs Qurban bayramı münasibətilə Pirallahı rayonunda 500-ə yaxın aztəminatlı, əlil, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı paylandı. Rayonun Pirallahı, Gürgən, Çilov, və Neft Daşları qəsəbələrində bayramla bağlı keçirilən mərasimlərdə qurbanlar kəsilərək paylandı.
Pirallahı qəsəbəsində keçirilən mərasimdə Rayon icra hakimiyyəti başçısının müavini Vəsir Səfixanov çıxış edərək, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və öz adından bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bu cür xeyriyyə aksiyalarının məqsədinin milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarət olduğunu diqqətə çatdırdı.
Sakinlər də cıxışlarında daimi diqqət və qayğiya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.