Magisrtal yolun hər iki tərəfi və ətraf ərazilər əsaslı şəkildə abadlaşdırılır
11 oktyabr 2014 | 10:00
Bu gün Azərbaycanın bütün guşələrində, eyni zamanda paytaxtımız Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Ölkə iqtisadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır.
Dübəndi bağlarından Gürgən qəsəbəsi istiqamətində maqistral yolun ətrafına qısa müddətdə kənardan münbit torpaq daşınmış, yol kənarları abadlaşdırılmış, dekorativ güllərdən və ağaçlardan hazırlanmış elementlərin yüksək dizaynla tərtib edilməsi təmin edilmiş, geniş yaşıllıqlar salınmışdır ki, bu da yola xüsusi yaraşıq verir. Magistral yolun kənarlarına yeni torpaq qatıdaşınaraq, yaşıl ot qatı salınmış, 5 min ədəd yeni ağac, 40 min gül kolu əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır. Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir. Qeyd edək ki, yaşıllıq sahəsinin ümumi uzunluğu 2333 metrdir. Magistral yolun hər iki tərəfinə yaşları müxtəlif olan çoxillik Giparis, Zeytun, Şimşək-nanə, Tuya, Leandra, Buksus, Liqustr, Eleks kimi ekzotik ağaclar və bitki kolları əkilmişdir. Həmin ərazidə salınan qazon örtüyünün sahəsi 17000-dən kvadrat metrdən artıqdır. Eyni zamanda, ərazidə təmizləmə işləri aparılmaqla yanaşı, yeni suvarma sistemi də yaradılmışdır. Bu sistemin qulluğu üçün işçi qrupu ayrılmışdır. Yaşıllıqlların salınmasında kommunal təyinatlı texnikaların köməyindən də istifadə olunub. Tinglər dərhal sulanır və onlara lazımi qulluq göstərilir. Əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Pirallahı rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamıdır.
Pirallahı rayonunun girişinin sol hissəsində piramida formasında monument inşa edilmişdir. Həmin monumentin üstündə yaşı 20-dən artıq olan zeytun ağacı əkilmişdir. Ümumi sahəsi 130 kvadrat metr, hündürlüyü isə 8 metr təşkil edən monumentin üzərində “Pirallahı rayonu” sözləri yazılmışdır.
Gürgən qəsəbəsində dağ massivindən ibarət 3 fərqli kompozisiya inşa edilmişdir. Ən böyüyünun hündürluyu 13, ikincisinin 8, kiçiyinin isə 6 metr təşkil edən hər üç dağ kompozisiyasının üzərində və ətrafında yaşıllıqlar salınmış, göz oxşayan tərtibat işləri həyata keçirilmişdir. Böyük təpəçiyin üzərində “Pirallahı” sozu yazılmışdır. Kompazisiyanın ətrafına dekorotiv güllər və ağaçlar əkilmişdir.
Magistral yol boyu ətraf ərazilərin abadlaşdırılması işləri mütəmadi şəkildə davam etdirilməkdədir.