Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə peyvəndləmə aksiyası keçirilir

16 oktyabr 2014 | 10:00
   Pirallahı rayonunda qızılca və məxmərək xəstəliklərinə qarşı profilaktik tədbirlər keçirilməsinə başlanmışdır. Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən aksiya zamanı rayonda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində şagirdlər peyvənd olunacaqlar. Oktyabr ayının 28-dək davam edəcək kampaniya çərçivəsində 11-15 yaşlı məktəblilər peyvənd olunacaqlar.
   Oktyabrın 15-də ilk olaraq 168 №-li tam orta məktəbdə 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq şöbəsinin həkim briqadası tərəfindən bu təhsil ocağının şagirdlərinin peyvənd olunması aksiyası keçirilmişdir. Təlimata əsasən əvvəlcə şagirdlər müayinə olunmuşlar, daha sonra isə onların müvafiq vaksinlərlə peyvənd edilməsinə başlanılmışdır. Gün ərzində 100-250 şagirdin peyvənd edilməsi nəzərdə tutulmuşdur.
    Növbəti gün aksiyanın 235 №-li tam orta məktəbdə davam etdiriləcəyi bildirilmişdir. Qeyd edək ki, peyvənd kampaniyasının əsas məqsədi əhalinin sağlamlığının qorunmasıdır.
Keçidlər