Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23-cü ildönümü münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilmişdir

18 oktyabr 2014 | 10:00
        18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23-cü ildönümü münasibətilə  Pirallahı rayonunda umumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir.
    17 oktyabr 2014-cü il tarixdə 186 nömrəli tam orta məktəbin akt zalında “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə məktəbin pedogoji heyəti, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
    V, VI, VII sinif şagirdlərin vətənpərvərlik mövzusunda bir-birindən maraqlı bədii kompozisiyalar nümayiş etdirdilər - şeirlər, mahnılar ifa olundu, vətənimizə, dövlətimizə layiqlı övlad olmağa soz verdilər.
    Sonda müstəqiliyimizin  bərpası ilə əlaqədar videoçarx nümayiş etdirildi.
    Növbəti tədbir Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə  keçirilmişdir. Tədbirdə 231 nömrəli tam orta məktəbin müəllim heyəti, məktəblilər və hərbi hissənin zabit, gizir və sıravi əsgərləri iştirak etdilər.
    N saylı hərbi hissənin kamandiri Cəlil Seyfullayev çıxış edərək müstəqilliyimizin qorunmasında və daha da möhkəmləndirilməsində, ordu quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışdı və bildirdi ki, bu gün Azərbaycan ordusu ən müasir texnikaya malikdir və əsgərlərimizdə yüksək döyüş ruhu vardır.
    231 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Elza Cəfərova çıxış edərək gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasında belə tədbirlərin vacibliyini vurğuladı.
   N saylı hərbi hissənin kamandir müavini Elçin Kərəmov, 231 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Faiq Ağayev və əsgərlər orduya, hərbi kadrlara, əsgər və zabitlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığlarını bildirdilər.
Keçidlər