Əsaslı təmir olunan binalarda müasir işıqlandırma sistemi quraşdırılmışdır
20 oktyabr 2014 | 10:00
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakının bütün qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Surətlə abadlaşan, müasirləşən belə qəsəbələrdən biri də Pirallahı qəsəbəsidir. Qəsəbənin görkəmi son il yarımda əsaslı şəkildə dəyişilmişdir, burada uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli istiqamətində ciddi işlər görülür - məhəllədaxili yollar asfaltlanır, yol kənarları abadlaşdırılır, müasir tələblərə cavab verən abad məhəllələr yaradılır.
“Nümunəvi məhəllə” layihəsi çərçivəsində yenidən qurulmuş 29-cu məhəllədə yerləşən dörd mərtəbəli binalarda əsaslı təmirdən sonra hazırda müasir işıqlandırma sistemi quraşdırılır.
Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir, buradakı dekorativ hasarın tikintisi sürətlə həyata keçirilir.