Pirallahı rayonunda “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirləri keçirilir
21 oktyabr 2014 | 10:00
Oktyabr ayının 20-dən başlayaraq Pirallahı rayonunda “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirlərinə start verilmişdir. İlk olaraq tədbir 20 oktyabr 2014-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən 186 nömrəli tam orta məktəbin akt zalında keçirilmişdir. Tədbirdə Pirallahı RİH-in əməkdaşları, Pirallahı Rayon Polis Şöbəsinin Yeniyetmələrlə iş üzrə müvəkkili Kənan Nuriyev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva, 186 №-li məktəbin müəllim heyəti və məktəblilər iştirak etdilər.
Məktəbin direktoru Arif Xankişiyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulamışdır.
Pirallahı RİH-in əməkdaşı Namiq Hüseynov çıxış edərək insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın əsas məqsədi insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsidir.
Çıxış edən Daxili İşlər Nazirliyinin Pirallahı Rayon Polis Şöbəsinin Yeniyetmələrlə iş üzrə müvəkkili Kənan Nuriyev bu məsələlərdə gənclərin daha diqqətli olmalarını tövsiyyə etdi və belə hallar müşahidə edildikdə polisin həmişə köməklik göstərə biləcəyini vurğuladı.
Tədbirdə 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva başqaları çıxış edərək tədbirin zəruriyətini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
“İnsan alverinə qarşı mübarizə” mövzusunda növbəti tədbir 21 oktyabr tarixində 235 nömrəli tam orta məktəbdə təşkil edildi. Məktəbin direktoru Tahir Süleymanov maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyətini qeyd etdi. Tədbirdə iştirak edən RİH əməkdaşları, daxili işlər orqanları və səhiyyə sahəsinin nümayəndələri, eləcə də “Ümidli gələcək” gənclər təşkilatının nümayəndələri Aytən Namazova və Şəbnəm Soltanlı çıxış edərək insan alverinin anlayışı, insan alverinə qarşı mübarizənin mahiyyəti, formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirlər barədə danışdılar.
Qeyd edək ki, mövzuya dair maarifləndirmə tədbirləri rayonun bütün ümumtəhsil müəssisələrində keçiriləcək və növbəti tədbirlər 168, 131, 243 və 231 nömrəli tam orta məktəblərdə təşkil olunacaqdır.