Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsi yaxın gələcəkdə Bakı şəhərinin ən gözəl və müasir qəsəbələrindən birinə çevriləcəkdir

24 oktyabr 2014 | 10:00
   Oktyabrın 23-də Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı qəsəbəsinin 29-cu məhəlləsində, Fioletov və S.Vurğun küçələrində aparılan işlərlə tanış oldu.
   “Nümunəvi məhəllə” layihəsi çərçivəsində yenidən qurulmuş 29-cu məhəllədə yerləşən dörd mərtəbəli binalarda əsaslı təmir işləri aparılır. 13 nömrəli binada  əsaslı təmirdən sonra müasir işıqlandırma sistemi quraşdırılmışdır.  11 nömrəli binada son tamamlama işləri aparılır. 9 nömrəli binada isə təmir işləri davam etdirilir.
   Fioletov küçəsində yerləşən ikimərtəbəli binalar təsdiq olunmuş layihəyə uyğun olaraq əsaslı təmir edilir. Buradakı 28 və 32 nömrəli binalarda təmir işləri yekunlaşmaq üzrədir, 16 nömrəli binanın əsaslı təmirinə başlanmışdır.
   Fioletov küçəsində inşa edilən dekorativ hasarın tikintisi sürətlə həyata keçirilir və tamamlama işləri yekunlaşandan sonra yeni müasir işıqlandırma sistemi ilə təchiz olunacaqdır.
    S.Vurğun küçəsinin magistral yola düşən hissəsinin hər iki kənarında antisanitar vəziyyətdə saxlanılan torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür və həmin ərazi abadlaşdırılacaqdır. Təsdiq edilmiş layihəyə əsasən sözügedən ərazidə magistral yol genişləndiriləcək, müasir gecə işıqlandırılması sistemi qurulacaq, yolun hər iki tərəfində dekorativ hasar inşa ediləcək, burada ətraf əraziyə estetik yaraşıq verəcək yaşıllıqlar salınacaqdır.
   Görülən işlərlə tanış olan Vasif İmanov layihələrin icra tempindən razılığını bildirdi və qeyd etdi ki, Pirallahı qəsəbəsi yaxın gələcəkdə Bakı şəhərinin ən gözəl və müasir qəsəbələrindən birinə çevriləcəkdir.
Keçidlər