186 nömrəli tam orta məktəbdə “Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi” mövzusunda seminar keçirildi
Pirallahı qəsəbəsində yerləşən 186 nömrəli tam orta məktəbdə 23-24 oktyabr 2014-cü il tarixlərində “Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə 186 nömrəli tam orta məktəbin müəllim heyəti və məktəblilər iştirak edirdilər.
Seminarda çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova “Oturaq həyat tərzi”nin insan sağlamlığına vurduğu zərərlərdən və onun törədəcəyi fasadlardan danışdı. H. Ramazanova Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Texnologiyalar Mərkəzi və Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqının birgə hazırladıqları “Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi” mövzusunda nümayiş etdiriləcək filmin çox maarifləndirici, müasir dövrdə şagirdlərə nümunə olacağını və belə əyani vəsaitlərin məktəblərdə nümayiş etdirilməsinin vacibliyini qeyd etdi və sonda iştirakçılara adı çəkilən film təqdim edildi.