Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti Başçısı yanında növbəti geniş müşavirə keçirilmişdir

28 oktyabr 2014 | 11:00
   27 oktyabr 2014-cu il tarixində Pirallahı  Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti Başçısı yanında növbəti geniş müşavirə keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanovun iştirakı ilə keçirilən müşavirədə rayonun müvafiq struktur vahidlərinin rəhbər işçiləri və RİH-in məsul əməkdaşları iştirak etdilər. Rayonun Baş Planının tərkib hissəsi olan Pirallahı qəsəbəsinin Baş planının hazırlanması ilə bağlı işlərin yekun mərhələyə qədəm qoyduğunu qeyd edən İcra Hakimiyyətinin Başçısı rayon ərazisində mövcud və layihələndirilən mühəndis təchizat xətləri və qurğuları barədə ətraflı məlumat verdi, kommunal xidmətlər qarşısında duran vəzifələr üzərində xüsusi dayandı və hər bir xidmətin yaxın zamanda yerinə yetirməli olduğu vəzifələri rəhbər işçilərin diqqətinə çatdırdı.
Keçidlər