Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında intellektual yarışmaya start verildi

06 noyabr 2014 | 11:00
     Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün onun layiqlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı işlər aparılır, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir.
    Dövlət Proqramı çərçivəsində Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “İntellektual yarış” keçirilir.
     Yarışın növbəti mərhələsi 231 №-li tam orta məktəbdə təşkil olundu. 243№-li tam orta məktəbin  “Uğur” komandası ilə 231 №-li tam orta məktəbin “Odlar Yurdu” komandaları arasında baş tutan yarışmada  “Uğur” komandası daha fəal iştirak edərək  son nəticədə 10-5  hesabı ilə rəqib kamanda üzərində qələbə qazanaraq  finala yüksəldi.
     Növbəti  “İntellektual yarış” uşaqların payız tətilindən sonra 186 №-li tam orta məktəblə 168 №-li tam orta məktəbin şagirdləri arasında keçiriləcək. Qeyd edək ki,   yarışlarının keçirilməsində əsas məqsəd uşaqların intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməkdir.
Keçidlər