Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda ağacəkmə kompaniyası davam etdirilir

08 noyabr 2014 | 11:00
     Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədilə respublikamızın hər yerində abadlıq-quruculuq işləri aparılır, geniş yaşıllıqlar salınır, yol və prospekt kənarlarında dekorativ ağaclar əkilir.
     Pirallahı rayonunda son il yarımda mütəmadi olaraq genişmiqyaslı  yaşıllaşdırma və abadlıq  işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilməkdədir.
     Rayonda növbəti ağacəkmə aksiyası 08 noyabr 2014-cü il tarixdə “IDEA” İctimai Birliyinin və Pirallahı Rayon İcra Hakimiyyətinin  birgə təşəbbüsü ilə Qala-Pirallahı magistal yolu ətrafında təşkil olundu. Magistral yolun hər iki tərəfinə  250 ədəd zeytun, 50 ədəd leylandra ağaçı əkildi. Aksiyada Pirallahı RİH-in əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları və rayon ictimayyətinin nümayəndələri iştirak etdilər.
     Qeyd edək ki,  həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində davam etdiriləcək. Belə tədbirlərin əsas məqsədi ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsindən ibarətdir.
Keçidlər