Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında ekskursiya turu təşkil olundu

10 noyabr 2014 | 11:00
    Əsası Ulu öndər Heydər Əliyevin tərəfindən goyulmuş gənclər strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiyasının əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya keçirilir.
     Həmin tədbirlər çərçivəsində  09 noyabr 2014-cü il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı şagirdi üçün  ekskursiya turu təşkil olunmuşdur.
    Yolasalma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında tədbir iştirakçılarını salamlayaraq, dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın mahiyyəti haqqında danışdı və bildirdi ki, layihə məktəblilərin dünya görüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir.
    Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər də ölkə başçısının və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yadılan şəraitdan söz açdılar.
    Qeyd edək ki, məktəblilərin ekskursiyası noyabr ayının 12-nə kimi davam edəcəkdir.Onlar bu müddətdə Gəncə, Şəmkir və Goygöl rayonlarının görməli və tarixi yerləri ilə tanış olacaqlar.
Keçidlər