Pirallahı məktəblilərinin Qərb bölgəsinə maarifləndirici tur-aksiyası başa çatdı
13 noyabr 2014 | 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalarda iştirak edən Pirallahı rayonunun məktəbliləri ötən gün aksiyanı başa vuraraq geri döndülər.
Bu tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Pirallahı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri başlanğıc olaraq Gəncə şəhəri ilə tanışlığa Heydər Əliyev parkından və Ulu öndərin adını daşıyan Mərkəzdən başladılar. Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən tur-aksiya iştirakçıları abidə önünə gül dəstələri qoyduqdan sonra Mərkəzlə yaxından tanış oldular. Şagirdlərə məlumat verildi ki, dördmərtəbəli Mərkəz ölkə başçısı İlham Əliyevin iştirakı ilə 2014-cü ildə istifadəyə verilmişdir. Gəncənin Qala arxeologiya və etnoqrafiya muzeyi ilə tanış olduqdan sonra məktəblilər dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Burada şagirdlərə məqbərənin yaranma tarixi, şairin 870 illik yubileyi ərəfəsində görülən işlərdən danışıldı. Şəhərlə tanışlığı Şah Abbas Məscidi, Çökək hamam tarixi-memarlıq abidələri, eləcə də Məhsəti muzeyini ziyarətlə davam etdirən məktəblilər daha sonra, xalq qəhrəmanı Cavad xanın türbəsinə gəldilər.
Noyabrın 11-də Pirallahı şagirdləri Şəmkir və Göygöl rayonlarının gəzməli-görməli və tarixi yerləri ilə tanış oldular.
Tur-aksiya iştirakçıları Cəlil Əhmədov və Gülər Nağıyeva öz adlarından, eləcə də şagird dostları adından onlara gostərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. Məktəblilərin valideynləri Hafizə Qədirova və Şahin Allahverdiyev qeyd etdilər ki, belə aksiyalar gənc nəslin Vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirir, gənclərə Vətəni tanımağa kömək edir, doğma Azərbaycanı sevməyi öyrədir.