Məktəblilər üçün Qala Dövlət Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olundu
14 noyabr 2014 | 11:00
13 noyabr 2014-cü il tarixdə Gürgən qəsəbəsində yerləşən 231 nömrəli tam orta məktəbin şagirdləri üçün Qala Dövlət Etnoqrafiq Qoruğuna ekskursiya təşkil olundu. Ekskursiyada IX-XI sinif şagirdləri, müəllim heyəti iştirak etdilər.
Ekskursiya zamanı şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Bildirildi ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri – qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilmişdir.