Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən Mədəniyyət evində “Böyüyəndə kim olacağam” başlığı altında tədbir keçirildi

15 noyabr 2014 | 11:00
     14 noyabr 2014-cü il tarixdə Gürgən Mədəniyyət evində “Uşaq hüquqları aylığı” çərçivəsində “Böyüyəndə kim olacağam” başlığı alında tədbir keçirildi. Tədbirdə Gürgən Mədəniyyət evinin əməkdaşları, 231 nömrəli məktəbin müəllim heyəti və şagirdlər iştirak etdilər.
   Mədəniyyət evinin direktoru Dilbazi Babayeva giriş sözü ilə tədbiri açıq elan etməsindən sonra söz 231 nömrəli tam orta məktəbin şagirdlərinə verildi. Tədbir iştirakçıları bədii kompazisiya ilə çıxış etdiər, öz arzu, istək və gələcək planları barədə danışdılar.
    Tədbirin sonunda tədbir iştirakçıları çay süfrəsinə dəvət olundular.
Keçidlər