Şriftin ölçüsü :

Saytın rəngi :

Nərd üzrə Pirallahı rayon çempionatı başa çatdı

17 noyabr 2014 | 11:00
     Noyabrın 15-də Pirallahı rayonunda Azərbaycan Respublikasının Milli Dirçəliş gününə həsr olunmuş nərd üzrə rayon çempionatı keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə  65 nərd həvəskarı mübarizə aparırdı.
     Yarışın açılış mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlqam Əsgərov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının əməkdaşı,  baş katib Ədail Dinməmmədov, Beynəlxalq dərəcəli hakim Fərhad Ocaverdiyev, Azərbaycan Nərd Milli Yığma komandasının məşqçisi Aşur Ağayev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər.
    İ. Əsgərov qonaqları salamlayaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və bu gun əsası ulu öndər tərəfindən qoyulmuş idman siyasəti onun layıqlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Köhnə idman qurğuları, meydançaları yenilənir. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsində idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar.
   Azərbaycan Milli İdman Növləri Assosiasiyasının əməkdaşı Ədail Dinməmmədov assosiyasiyasının ölkəmizdəki fəaliyyətindən danışaraq, nərd üzrə rayon çempionatların əhəmiyyəti haqqında fikirlərini bölüşdü. O, milli ənənələrin qorunmasında nərdin yaxşı vasitə olduğunu diqqətə çatdırdı.
       Rayon çempionatda I yeri Elxan Piriyev, II yeri Anar Hacıyev və III yeri Ramil Zeynalov tutdular.
      Qaliblərə Azərbaycan Respublikasının Milli İdman Növləri Assosiasiyasının diplomları, kubokları və Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verildi.
Keçidlər