Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsi təsis olundu
19 noyabr 2014 | 11:00
2014-cü il 19 noyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin təsis konfransı keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Mirzəyev və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİHB-nın qəsəbə nümayəndələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentləri Qafar Əsgərzadə və Əziz Qocayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin sədri Ofeliya Sadıxova və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Cəlil Mirzəyev açıq elan edərək, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin yaradılmasının zəruriliyini vurğuladı.
AQAC-in vitse-prezidenti Qafar Əsgərzadə öz çıxışında vurguladı ki, cəmiyyət yarandığı gündən indiyədək müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara, aztəminatlı vətəndaşlara maddi və mənəvi yardımlar edir, onlarda həyata və özünə inam hisslərini gücləndirir. Təşkilat uzun illərdir qan donorluğu işini uğurla davam etdirir, xəstəlikdən əziyyət çəkən insanlara müalicədə köməklik göstərir.
AQAC-in vitse-prezidenti Əziz Qocayev öz çıxışında Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanova tədbirin təşkilinə dəstək verdiyii üçün minnətdarlığını bildirdi.
Təsis konfransının gündəliyi təsdiq edildikdən sonra gündəlik üzrə məsələlərin müzakirəsinə başlanıldı. Gürgən Mədəniyyət evinin direktoru Dilbazi Babayeva kollektivin yekdil qərarı ilə Pirallahı rayon bölməsinin sədri seçildi. Abbasov Mübariz, Şamilov Sadıq, Vəliyev Nurlan AQAC-in Pirallahı rayon bölməsinin üzvləri seçildilər. Mirzəyeva Fatma, Hüseynov Samir, Tarverdili Vaqif AQAC-in Pirallahı rayon bölməsinin nəzarət təftiş komissiyasının üzvləri seçildilər. Bayramov Novruz, Həsənov Üzeyir, Xankişiyev Arif, Mikayılov Şakir, Tağıyeva Fərqanə, İbrahimova Səadət, Kaziyeva Dilarə və Süleymanov Tahir AQAC-nin Pirallahı rayon bölməsinin idarəetmə şurasının üzvləri seçildilər.
AQAC-in Pirallahı rayon bölməsinin sədri Dilbazi Babayeva çıxış edərək qeyd etdi ki, bu gün Pirallahı rayonunda növbəti tarixi bir an yaşanır. 1920-ci ildə yaranan Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq 94 ildir ki, fəaliyyət göstərir. Bildirdi ki, Ulu öndər Heydər Əliyev Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə qiymət verərək demişdir: “ Əmin olduğumu bildirmək istəyirəm ki, Qızıl Aypara Cəmiyyəti öz imkanlarından daha geniş istifadə edərək müstəqil Azərbaycanın sosial və insani problemlərinin həlli istiqamətində aparılan işlərdə dövlətin ən yaxın köməkçisinə çevriləcəkdir”.