Şriftin ölçüsü :

Saytın rəngi :

20 Noyabr faciəsi qurbanlarının xatirəsi yad edildi

21 noyabr 2014 | 11:00
     Pirallahı rayonunun bütün idarə və müəssisələrində 20 Noyabr faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.
    Ötən gün Pirallahı rayonunun orta məktəblərində də  20 Noyabr faciəsi qurbanlarının xatirəsi yad edildi. Anım mərasimi Azərbaycan Respublikasının dövlət himninin ifası ilə açıq elan edildi və həmin faciədə şəhid olmuş Azərbaycanın yüksək rütbəli məmurları haqqında şagirdlərə geniş məlumat verildi. Məktəblərin dəhlizlərində asılmış Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verərək ən yüksək rütbəyə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Milli Qəhrəmanlarımızın şəkillərinə baxış təşkil edildi. Təhsil ocaqlarının tarix müəllimləri 20 Noyabr faciəsi zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanları haqqında ətraflı danışdılar.
    Çıxışlarda qeyd edildi ki, faciə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı həlak olmuş. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstanı təmsil edən hərbi müşahidəçiləri var idi.
    Sonda şagirdlərin mövzuya aid sualları müəllimlər tərəfindən  ətraflı cavablandırıldı.
Keçidlər