Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirildi

22 noyabr 2014 | 11:00
   21 noyabr 2014-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Pirallahı qəsəbəsində yerləşən V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında  “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva, rayon ümumtəhsil məktəblərin müəllim heyəti və məktəblilər iştirak etdilər.
     Pirallahı RİH-in əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti və zəruriyyəti haqqında danışdı, məişət zorakılığına qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.
    Pirallahı RİH-in əməkdaşı Samir Hüseynov çıxış edərək ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verdi.
    10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva bildirdi ki, qadın zorakılığının əsas səbəbləri yoxsulluq, qadının maddi və psixoloji asılılığı, ailə mədəniyyətinin aşağı səviyyəsi, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsidir. O öz çıxışında gender zorakılığı haqqında statistik məlumat, məişət zorakılığından zərər çəkmiş şəxslər, zorakılığın formaları, ondan qorunmaq yolları haqqında məlumat verdi.
       Sonda tədbir iştirakçılarının mövzuya aid sualları ətraflı cavablandırıldı.
Keçidlər