Pirallahıda futbol bayramı
24 noyabr 2014 | 11:00
“Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaqdır. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür”. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan futbolunun 100 illik yubiley tədbirləri çərçivəsində 65 min tamaşaçı tutumuna malik möhtəşəm Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimindəki çıxışında söylədi. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri inşa olunur və istifadəyə verilir. Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
Respublikamızın bütün güşələrində olduğu kimi, Pirallahı rayonunda da idmanın inkişaf etdirilməsi məqsədilə mütəmadi addımlar atılmaqdadır.
22 noyabr 2014-ci il tarixində regionlarda futbolun inkişafına dair layihə çərçivəsində AFFA –nın və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Pirallahı İdman Mərkəzində tədbir keçirildi. Tədbirdə Millət vəkili Rauf Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, məktəblilər və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Pirallahıda idmanın inkişafı ilə bağlı görülən işlərdən danışdı. Bildirdi ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən rayonda bir necə idman meydançası inşa ediləcək, mövcüd stadion əsaslı təmir olunacaq, rayonda müxtəlif idman növləri üzrə turnirlər təşkil olunur və olunacaq.
Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov və digərləri Azərbaycanda idmanın inkişafından söz açdılar. Qeyd edildi ki, Azərbaycan idmançıları qatıldıqları bir sıra yarışlarda yüksək nailiyyət əldə ediblər və bu idmanın inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir.
Tədbirdə 200 nəfər yeniyetmə və gəncə futbol maykası və parağı paylandı, futbol topları hədiyyə olundu.
Tədbirin sonunda rayonun umumtəhsil məktəbləri arasında mini-futbol turniri keçirildi.