Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda abadlıq-quruculuq işləri geniş vüsət alır

25 noyabr 2014 | 11:00
    Bu gün Azərbaycanın bütün guşələrində, eyni zamanda paytaxtımız Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Ölkə iqtisadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu baxımdan paytaxtın Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir. İnsanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
    Rayonun Gürgən qəsəbəsində dağ massivindən  ibarət 3 fərqli kompozisiya inşa edilmişdir. Ən böyüyünun hündürluyu 13, ikincisinin 8, kiçiyinin isə 6 metr təşkil edən hər üç dağ kompozisiyasının üzərində və ətrafında yaşıllıqlar salınmış, göz oxşayan tərtibat işləri həyata keçirilmişdir. Böyük təpəçiyin üzərində “Pirallahı” sözü yazılmışdır. Kompozisiyanın ətrafına dekorotiv güllər və ağaçlar əkilmişdir.
      Magistral yol boyu ətraf ərazilərin abadlaşdırılması işləri mütəmadi şəkildə davam etdirilməkdədir.
      Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd -140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir.
     Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Pirallahı Rayon İcra Hakimiyyətinin 4 mərtəbədən ibarət olacaq,  klassik və modern üslubun sintezini özündə əks etdirən inzibati binasında dəmir-beton konstruksiya işləri artıq dördüncü mərtəbədə davam etdirilir. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadratmetr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında da betontökmə işləri davam edir. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün ümumi sahəsi  3000 kvadrat metr təşkil edən yeni inzibati binanın inşasına başlanılmışdır. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır, ərazidə son tamamlama işləri görülür.
    Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə start verilib. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
Keçidlər