Pirallahı qəsəbəsinin istilik təchizatı yaxşılaşdırılır
26 noyabr 2014 | 11:00
Bu gün Bakı ilə yanaşı onun ətraf qəsəbələrinin infrastukturu tamamilə yenilənir, mövcud problemlər və çatışmamazlıqlar tədricən aradan qaldırılır. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının daha da yaxşılaşdırılması planlaşdırılmışdır.
Deyilənlərin təsdiqi olaraq Pirallahı rayonunda görülən işləri misal göstərmək olar. Belə ki, rayonun Pirallahı qəsəbəsinin bütün əsas və məhəllədaxili su və kanalizasiya xətləri tamamilə dəyişdirilir, ayrı-ayrı məhəllələrə yeni istilik xətləri çəkilir, qaz xətləri yenilənir, köhnə işıq dirəkləri və kabellər tamamilə yenisi ilə əvəzlənir.
Pirallahı rayonunun qəsəbələrinin istilik təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Qeyd edək ki, Pirallahı qəsəbəsində 3 qazanxana – 28-ci məhəllədə, K.Rzayev və S.Bağırov küçəsində yerləşən köhnə, istismar müddəti başa çatmış qazanxanalar sökülərək yerində yeni qazanxanalar tikilmiş və artıq istismara verilmişdir. 40-cı məhəllədə yerləşən qazanxana əsaslı təmir olunmuşdur. K.Rzayev küçəsində yerləşən qazanxanada hazırda son tamamlama işləri aparılır və yaxın günlərdə istismara veriləcəyi gözlənilir. S.Vurğun küçəsində yerləşən qazanxana təmir işlərindən sonra istismara hazır vəziyyətə gətirilmişdir.
Hazırda Pirallahı qəsəbəsinin digər məhəllələrində su, kanalizasiya xətləri ilə yanaşı istilik xətlərinin çəkilişi aparılır. Yaxın vaxtlarda həmin məhəllələrin də istiliklə təmin olunması işləri tam başa çatdırılacaqdır.