Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda gənclər arasında müxtəlif yarışlar keçirilir

28 noyabr 2014 | 11:00
   Ölkəmizdə gənc nəslin intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi prioritet sahələr sırasında yer alır. Umumilli liderimiz Heydər Əliyev  həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir. O deyirdi: “ hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
    Əsası Ulu öndər Heydər Əliyev tərəfindən goyulmuş gənclər strategiyası bu gün onun layıqlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz öz çıxışlarında həmişə qeyd edir ki, biz neft və qaz gəlirlərini insan kapitalı və təhsil üçün istifadə edirik.
  Bu məqsədlə ölkəmizdə müxtərif dövlət proqramları icra edilir, gənclərin intellekt səviyyəsini, dünyagörüşünü inkişaf etdirmək üçün müxtəlif tədbirlər keçirilir.
     Bu tədbirlər çərçivəsində Pirallahı rayonunda ümumtəhsil məktəblilərinin VIII-XI sinif şagirdləri arasında “İntellektual yarış”lar təşkil olunur.
      Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “İntellektual yarış”ın  növbəti mərhələsi 21 noyabr 2014-cü il tarixdə  168 №-li tam orta məktəbin akt zalında həmin məktəbin “Atom”  və  186 №-li məktəbin “Günəş”  komandaları arasında baş tutdu.
      “İntellektual yarış”ın nəticəsinə görə 7 - 6  hesabı ilə 168 №-li tam orta məktəbin “Atom”  komandası qalib gəldi.
     Növbəti  “İntellektual yarış” 168 №-li və 243 №-li tam orta məktəblərin şagirdləri arasında keçiriləcək.
    28 noyabr 2014-cü il tarixində Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 186 №-li tam orta məktəbin idman zalında rayonun orta ümumtəhsil məktəbləri arasında dama-şahmat turniri keçirildi. Turnirdə müxtəlif yaş qruplarından olan 50-yə yaxın şagird mübarizə apardı.
     Hər məktədən 6 nəfərin dama, 6 nəfərin isə şahmat üzrə təmsil olunduğu turnirin keçirilməsində əsas məqsəd Pirallahı rayonunda damanın və şahmatın inkişaf etdirilməsi və  gənclərin asudə vaxtın təşkilidir.
     Turnirdə şahmat üzrə birinci yeri 168, dama üzrə isə 186 №-li tam orta məktəbin komandası qazandı.
Keçidlər