Şriftin ölçüsü :

Saytın rəngi :

Qala-Pirallahı magistal yolu ətrafında “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi

29 noyabr 2014 | 11:00
    29 noyabr 2014-cü il tarixdə Pirallahı rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin, YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Qala-Pirallahı magistal yolu ətrafında növbəti ağacəkmə aksiyası keçirildi.  Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, YAP-ın gənc fəaları iştirak etdilər.
    Aksiya çərçivəsində 500 ədəd zeytun ağacı əkildi. Rayon yaşıllaşdırma idarəsinin işçiləri tərəfindən əkilən ağaclar suvarıldı, onlara aqrotexniki qulluq göstərildi.
    Qeyd edək ki, marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Layihədə Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.
Keçidlər