Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti ağacəkmə kampaniyası keçirildi

02 dekabr 2014 | 11:00
   Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün ərazisində mütəmadi olaraq genişmiqyaslı  abadlıq  və yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilməkdədir.
    Pirallahı qəsəbəsində dekabrın 1-i  növbəti ağacəkmə kampaniyası reallaşdı. Pirallahı rayon İcra Hakimiyyəti təşəbbüsü ilə rayonda fəaliyyət göstərən idarə, müssisə, təşkilatların nümayəndələrinin iştirakı ilə Səməd Vurğun küçəsində yerləşən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının ərazisində 50 ədəd şam və 10 ədəd palma ağacları əkildi. Ağacların suvarılması üçün əraziyə xüsusi su maşınları cəlb olunmuşdu. Aksiya zamanı xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidildi və suvarıldı. Əkilən yeni ağaclara daimi qulluq edilməsi qərara alınıdı.
  Qeyd edək ki, rayonun bütün müəssisə və idarələrdə hər həftə sonu keçirilən iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilir, abadlıq və təmizlik işləri görülür.
Keçidlər