Pirallahı rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliqat-təşviqat kompaniyasına start verildi
02 dekabr 2014 | 11:00
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarında ciddi hazırlıq prosesləri davam edir. Demokratik bir təsisat kimi vətəndaş cəmiyyətimizin bir forması olan bələdiyyələr həyatımızda mühüm rol oynayır. 1999-cu ildən fəaliyyət göstərən bələdiyyələr ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir.
Qarşıdan gələn növbəti bələdiyyə seçkilərinə YAP Pirallahı rayon təşkilatında da ciddi hazırlıq işləri aparılır.
Rayonun təşkilat sədri Manaf Manafov bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın rəhbərliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı ardıcıl işlər aparılır, seçki qərargahları yaradılır. Seçki proseslərinə gənclər də cəlb olunur ki, bu da onların gələcək seçkilərdə aktiv fəaliyyətlərinə şərait yaradacaq.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən 23 dekabr 2014-cü il tarixində keçiriləcək Bələdiyyə seçkilərinə irəli sürülən nazmizədlərin imzatoplama kompaniyası başladı.
Qeyd edək ki, Pirallahı rayonunda 3 bələdiyyə üzrə 10 məntəqədə keçiriləcək seçkilərə YAP Pirallahı rayon təşkilatı tərəfindən 31 namizəd irəli sürülmüşdür. 13 saylı seçki dairəsində Pirallahı rayonundan 10767 nəfər səs vermə hüququna malikdir.