Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Beynəlxalq Əlillər Günü qeyd olundu

03 dekabr 2014 | 11:00
     Dekabrın 3-də Pirallahı rayonunda V.Mustafazadə adına Mədəniyyət Mərkəzində Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirildi.
     Pirallahı RİH Başçısının müavini Vəzir Səfixanov tədbir iştirakçılarına Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını çatdırdı və bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hazırda hər bir Azərbaycan vətəndaşına, o cümlədən əlillərə xüsusi diqqət və qayğı göstərir. Əlillərin sosial şəraitinin yaxşılaşdırılması məsələləri, bütövlükdə respublikamızda olduğu kimi, Pirallahı rayonunda da daim diqqət mərkəzindədir, deyən V. Səfixanov Rayon İcra Hakimiyyətində onların hər bir müraciətinə həssaslıqla yanaşıldığını, bundan sonra bu diqqətin daha da artırılacağını vurğuladı.
     Tədbirin sonunda Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən əlil ailələrinin evlərinə ərzaq məhsulları çatdırıldı.
Keçidlər