Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olundu

26 iyun 2022 | 17:50
       26 iyun 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti, V.Mustafazadə adına Mədəniyyət Mərkəzi və  Azərbaycan Kosiki Karate Federasiyasının birgə təşkilatçılığı ilə  "26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr olunmuş  yeniyetmə və gənclər arasında Azərbaycan Kosiki Karate Federasiyasının nəzdində olan “ÇEMPİON” Kontakt karate Klubunun birinciliyi üzrə yarış keçirilmişdir.
       Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Ramin Məmmədov, Azərbaycan Kosiki Karate Federasiyasının prezidenti Rəfail Bünyatov, Federasiyasının birinci vitse-prezidenti Yuriy Mustafayev, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin atası Elman Nəbiyev, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
       Açılış mərasimində dövlət himni səsləndirilmiş, daha sonra ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
        Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək  Milli Ordumuzun yaranmasının 104-cü ildönümü münasibətilə  tədbir iştirakçılarını təbrik edərək ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.  S.Məmmədov 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin keçdiyi şərəfli və qürurlu döyüş yolundan danışaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək xalqımızın düşmən üzərindəki möhtəşəm Zəfərlə şanlı tarix yazdığını vurğulamışdır.
        Gənclər arasında fiziki hazırlığın daim yüksək formada saxlanılması və idmana həvəsin artırılması məqsədi daşıyan yarışın sonunda qaliblər diplom, medal və kuboklarla mükafatlandırılmışlar.
        Şagirdlərin ifasında Vətən müharibəsi şəhidi, “ÇEMPİON” Kontakt karate Klubunun fəxri üzvü Elmar Nəbiyevin əziz xatirəsinə bəstələnmiş mahnı səsləndirilmişdir. V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin “Ada” rəqs kollektivinin rəngarəng musiqi və rəqsləri yarışa xüsusi zövq qatmışdır.   

 

Keçidlər