Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə veteranları və aztəminatlı ailələr ziyarət olundu

01 iyul 2022 | 16:38
        Pirallahı rayonunda Qarabağ müharibəsi şəhidlərinin ailələri, əlillər və veteranlarla Rayon İcra Hakimiyyətinin rəhbərliyi müntəzəm görüşlər keçirir, onların problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir. Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş inkişaf, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən görülən tədbirlər, aztəminatlı ailələrə, həmçinin vətənimizin ərazi bütövlüyü uğrunda həyat və sağlamlıqlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə və Qarabağ əlillərinə xüsusi qayğı göstərilir. 
        Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin nümayəndələri ilə birlikdə rayon ərazisində yaşayan Birinci Qarabağ müharibəsi əlili İlqar Hacıyevi ziyarət etmişdilər. Bu dəstək tədbirlərinin bundan sonra da davam edəcəyi vurğulanaraq bildirilmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə bu kateqoriyadan olan vətəndaşların sosial ödənişlərlə təminatı, məşğulluğu daim diqqət mərkəzində saxlanılır. Onların bundan sonrakı dövrdə də dövlətimizin qayğısı ilə əhatə olunacaqları qeyd olunmuşdur. Şəhid ailəsi üzvləri və Qarabağ əlilləri  ən yüksək diqqət və qayğıya layiq vətəndaşlarımızdır və onların çətinlik və problemlərinin həlli üçün bütün zəruri tədbirlərin görülməsi hər bir Azərbaycan vətəndaşının borcu olduğu vurğulanaraq, igid vətən övladlarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şücaətlərindən danışılmış, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd olunmuşdur.
        Göstərilən diqqətə görə minnətdarlığını bildirən Qarabağ müharibəsi əlili İ. Hacıyev dövlətimizin qayğısını daim hiss etdiyini vurğulayaraq hər zaman vətən torpaqları uğrunda canından keçməyə hazır olduğunu bildirmişdir.
        Eyni zamanda, Pirallahı rayonunda yaşayan aztəminatlı ailələr də ziyarət olunaraq onlara ərzaq bağlamaları verilmişdir.
Keçidlər