Karateçilərimiz mötəbər turnirdən 6 qızıl medalla qayıtdılar
04 dekabr 2014 | 11:00
Ölkəmizdə idmanın inkişafı, əhali arasında sağlam həyat tərzinin təbliği prioritet məsələlərdən biridir. Müxtəlif Dövlət Proqramları, sərəncamlar, fərmanlar və beynalxaq yarışlarda, turnirlərdə əldə etdiyimiz uğurlar, qazanılan nailiyyətlər bunu sübut edir. Hazırda respublikamızın bütün guşələrində Olimpiya Mərkəzləri, stadionlar, idman arenaları inşa olunur, bir çoxları artıq fəaliyyət göstərir. Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Qeyd edək ki, bir çox yarışlarda fəal iştirak edən Pirallahı idmançıları əldə edilən müvəffəqiyyətlərdə böyük pay sahibidirlər.
Növbəti uğura Pirallahı idmançıları 29-30 noyabr 2014-cü il tarixində Litvanın Panivejis şəhərində keçirilən Koşiki karate üzrə Avropanın açıq çempionatında imza atmışlar. Yeniyetmə və gənclər arasında təşkil olunan yarışda müxtəlif çəki və yaş qruplarında dünyanın ayrı-ayrı ölkələrindən idmançılar təmsil olunurdular. Bu mötəbər turnirdə Pirallahı rayonunu təmsil edən idmançılar (Nazim Mövsümzadə, Asiman Namazov, Rinat Kuper və İlyas Əliyev) 9 medal qazanmağa nail oldular ki, bunlardan da 6-sı qızıl, 1-i gümüş və 2-si bürünc əyarlıdır.
İdmançıları qarşılayan Azərbaycan Koşiki karate federasiyasının prezidenti Talıb Berzigiyarov öz çıxışında idmançılara dövlət tərəfindən göstərilən diqqətdən və qayğıdan danışdı. Qeyd etdi ki, ölkəmizdə bütün sahələr inkişaf etdiyi kimi, idman sahəsində də dinamik artım müşahidə olunur və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Dekabr ayının 2-də Pirallahı Rayon İcra Hakimiyyətində idmançılarla görüş keçirildi. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH-in əməkdaşları, idmançılar iştirak etdilər. Qeyd edildi ki, Azərbaycan idmançıları qatıldıqları bir sıra yarışlarda yüksək nailiyyətlər əldə ediblər və bu idmanın inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən siyasətin, reallaşan tədbirlərin nəticəsidir.