Pirallahı rayonunda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir
06 dekabr 2014 | 11:00
Bu gün Azərbaycanın bütün guşələrində, eyni zamanda paytaxtımız Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Ölkə iqtisadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu baxımdan paytaxtın Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir. İnsanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
İnfrastruktur layihələri çərçivəsində Qala qəsəbəsindən Pirallahıya çəkilən 22 kilometrlik 4 zolaqlı müasir avtomobil yolunun 1-ci hissəsi artıq istismara verilmiş, işıq dirəkləri və ayırıcı çəpərlər qurulmuşdur. İndiyədək Dübəndi bağlar massivindən Gürgan qəsəbəsi istiqamətində magistral yolun ətrafının yenidən qurulması və abadlaşdırılması məqsədilə 50 min m3 torpaq, 5 min m3 kübrə daşınmış, 50 növdə 10 minlərlə dekorativ ağac və gül kolları əkilmiş, geniş yaşıllıqlar salınmışdır ki, bu da yola xüsusi yaraşıq verir. Magistral yolun hər iki tərəfinə yaşları müxtəlif olan çoxillik Giparis, Zeytun, Şimşək-nanə, Tuya, Leandra, Buksus, Liqustr, Eleks kimi ekzotik ağaclar və bitki kolları əkilmişdir. Həmin ərazidə salınan qazon örtüyünün sahəsi 17000 kvadrat metrdən artıqdır. Eyni zamanda, ərazidə təmizləmə işləri aparılmaqla yanaşı, yeni suvarma sistemi də yaradılmışdır. Bu sistemin qulluğu üçün işçi qrupu ayrılmışdır. Yaşıllıqlların salınmasında kommunal təyinatlı texnikaların köməyindən də istifadə olunub. Tinglər dərhal sulanır və onlara lazımi qulluq göstərilir. Əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Pirallahı rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamıdır.
Pirallahı rayonunun girişinin sol hissəsində piramida formasında monument inşa edilmişdir. Həmin monumentin üstündə yaşı 20-dən artıq olan zeytun ağacı əkilmişdir. Ümumi sahəsi 130 kvadrat metr, hündürlüyü isə 8 metr təşkil edən monumentin üzərində “Pirallahı rayonu” sözləri yazılmışdır.
Gürgən qəsəbəsində dağ massivindən ibarət 3 fərqli kompozisiya inşa edilmişdir. Ən böyüyünun hündürluyu 13, ikincisinin 8, kiçiyinin isə 6 metr təşkil edən hər üç dağ kompozisiyasının üzərində və ətrafında yaşıllıqlar salınmış, göz oxşayan tərtibat işləri həyata keçirilmişdir. Böyük təpəçiyin üzərində “Pirallahı” sözü yazılmışdır. Kompozisiyanın ətrafına dekorotiv güllər və ağaçlar əkilmişdir.
Magistral yol boyu ətraf ərazilərin abadlaşdırılması işləri mütəmadi şəkildə davam etdirilməkdədir.
Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir, inzibati bina tikilir, dənizdəki bəndin və estakada tipli körpünün svayları vurulur. İşlərin başa çatma müddəti 2015-ci ilin may ayına nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir və bununla əlaqədar Pirallahı rayonunda da xeyli işlər görülmüşdür. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq burada hazırda sazlama işləri başa çatdırılmışdır.
Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır. Hazırda peçlərin və digər avadanlıqların quraşdırılması prosesi gedir. “Cörək və un məmulatları kombinatı” 30 min əhalini çörəklə təmin etməyə imkanı olan istehsal gücünə malikdir. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılmış kombinatda 30 nəfər işlə təmin olunacaqdır.
“Bakıelektrikşəbəkə” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır və həmin ərazidə inzibati binanın tikintisi aparılır.
Köhnə Helikopter meydançasının əvəzinə yeni meydançanın tikintisi üçün isə 6 ha torpaq sahəsi ayrılmışdır. Eləcə də məcburi köçkünlərin məskunlaşdırılması üçün iki sahədə hər biri 3 ha olmaqla ərazi ayrılmışdır.
Pirallahı rayonunda 2014-cü ilin yanvar ayında 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması Dövlət Proqramına əsasən müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir.
Ötən ilin oktyabr ayında Dövlət Proqramına əsasən başlanmış 168 №-li tam orta məktəbin əsaslı təmiri başa çatdırılmış, məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarı tikilmişdir.
Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd -140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Pirallahı Rayon İcra Hakimiyyətinin 4 mərtəbədən ibarət olacaq, klassik və modern üslubun sintezini özündə əks etdirən inzibati binasında dəmir-beton konstruksiya işləri artıq dördüncü mərtəbədə davam etdirilir. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadratmetr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında da betontökmə işləri davam edir. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün ümumi sahəsi 3000 kvadrat metr təşkil edən yeni inzibati binanın inşasına başlanılmışdır. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır, ərazidə son tamamlama işləri görülür.
168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisinə başlanılmışdır.
Ölkə başçısı tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgan qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi bu və digər mühüm məsələlər əks olunub.
Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla icra olunub. Ümumilikdə, 2 hektaradək ərazi tullantılardan və antisanitariyadan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülüb. Bu ərazidə 3 kölgəlik tikilib, attraksionlar quraşdırılıb, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülüb, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 500 ədəd küknar ağacı əkilib.
“Nümunəvi Həyətlər” layihəsi çərçivəsində işlər 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla başa çatdırıldıqdan sonra 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilmişdir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aparılır. K.Rzayev küçəsində məhəllədaxili yollar asfaltlanır, köhnə bardürlər yeniləri ilə əvəz edilir. Küçə abadlaşdırılaraq kanalizasiya xətti yenilənmiş, 2 ədəd kölgəlik qurulmuş, “Xeyir-şər” evinin tikintisi davam etmişdir. Ümumilikdə qəsəbədə 5 ədəd “Xeyir-şər” evi tam əsaslı təmir olunmuş, zəruri avadanlıqlarla təmin edilərək sakinlərin istifadəsinə verilmişdir.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə start verilib. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
Ümummilli lider Heydər Əliyevin ətraf mühitin mühafizəsi istiqamətində əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə sayğısız münasibət göstərilməsinə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilib. Dövlət başçısının təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır. Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı bu sahəyə daha çox diqqət yetirməyə, böyük vəsait ayırmağa, daha irimiqyaslı layihələr həyata keçirməyə imkan verir.
Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində geniş əhatəli tədbirlər həyata keçirilir. Bu məqsədilə respublikamızın hər yerində abadlıq-quruculuq işləri aparılır, geniş yaşıllıqlar salınır, yol və prospekt kənarlarında dekorativ ağaclar əkilir.
Pirallahı rayonunda son il yarımda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilməkdədir. Pirallahı rayonunda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Pirallahı qəsəbəsində mərkəzi yol boyu və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası ilin əvvəlindən davam etdirilir, rayonun bütün ərazisi boyu idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilib, Pirallahı və Çilov qəsəbələrinin hər birində 50 mindən çox ağac və 10 mindən çox mövsümi gül kolları əkilmişdir. Bitkilərə aqrotexniki qulluq göstərilir.
Rayonda magistral yol boyu ağaclar budanaraq səliqəyə salınır. Ətraf mühitin mühafizəsi istiqamətində təsirli tədbirlər görülür, rayon ərazisində qanunsuz ağac kəsilməsi hallarına yol verilmir.
Dekabrın 6-da “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 2500 ədəd nar və 2500 ədəd zeytun ağacı əkilib. İcra Hakimiyyətinin əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, iştirak etdikləri aksiya üçün əvvəlcədən hazırlıq görülüb. Çalalar qazılıb, torpağın təbii gübrələnməsi və yeni əkilən tinglərin suvarılması həyata keçirilib. Qeyd edək ki, zeytun və nar Abşeronun nadir bitkilərindəndir və Yarımadanın təbii iqlim şəraiti üçün olduqca əlverişlidir. Hər iki ağac növü uzunömürlü və quraqlığa davamlılığı ilə, eyni zamanda insan orqanizminə faydalı maddələrlə zənginliliyinə görə əvəzedilməz hesab olunur.
Yarandığı gündən indiyədək Pirallahı rayonu ərazisində 100 mindən çox ağac və 20 mindən çox mövsümi gül kolları əkilmişdir. Bitkilərə aqrotexniki qulluq göstərilir.
Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək. Məqsədimiz Pirallahını qısa zamanda yaşıllıqlar adasına çevirməkdir.