Məktəblilər arasında intellektual yarışma başa çatdı
08 dekabr 2014 | 11:00
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı işlər aparılır, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir.
Dövlət Proqramı çərçivəsində Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “İntellektual yarış” keçirildi. Tədbirdə Pirallahı RİH-in əməkdaşları, "Azərbaycan" İntellektual Oyunlar Klubu İB-in icracı direktoru Aydın Piriyev, müəllim heyəti və məktəblilər iştirak etdilər.
Yarışın final mərhələsi 243 №-li tam orta məktəbin akt zalında təşkil olundu. 243 №-li tam orta məktəbin “Uğur” komandası ilə 168 №-li tam orta məktəbin “Atom” komandaları arasında baş tutan yarışmada “Atom” komandası daha fəal iştirak edərək son nəticədə 11-10 hesabı ilə rəqib kamanda üzərində qələbə qazandı və birinci yerə çıxdı.
Qeyd edək ki, yarışlarının keçirilməsində əsas məqsəd uşaqların intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməkdir.