Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad olunur

11 dekabr 2014 | 11:00
    Ümummilli liderimiz Heyər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Pirallahı rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır. Keçirilən tədbirlərdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna nəzər salınmış, bu dahi şəxsiyyətlə bağlı xatirələr bölüşülmüşdür.
       “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Dahi Heydər Əliyev həyatını Müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi. Ona tuşlanan təzyiqlərə mərdliklə sinə gərərək, Şərqə Günəş kimi doğan Müstəqil Azərbaycan dövlətini qurdu. “Heydər-Xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaq. Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı gələcəyə doğru inamla irəlilədiyini minnətdarlıq hissi ilə qeyd etmişlər.
      11 dekabr 2014-cü il tarixdə Pirallahı qəsəbəsində yerləşən 168 nömrəli tam orta məktəbin akt zalında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in başçısının müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov,  Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
        Pirallahı RİH-in başçısının müavini Vəzir Səfixanov  ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğuladı. Qeyd etdi ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü firavan həyat, xoş gələcəyimiz üçün borcu çoxdur. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.
          231 nömrəli məktəbin tarix müəllimi Səkinə Sadıxova, Pirallahı rayon Aqsaqqallar Şurasının sədri Fazil Məhəmmədov və başqaları Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açdılar.  
         Daha sonra məktəblilər tərəfindən müxtəlif bədii kompazisiyalar nümayiş etdirildi.
Keçidlər