Şriftin ölçüsü :

Saytın rəngi :

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il bayramı” münasibətilə təntənəli bayram tədbiri keçirildi

30 dekabr 2023 | 15:11
        30 dekabr 2023-cü il tarixdə Pirallahı qəsəbəsində yerləşən Uşaq Parkında “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il bayramı” münasibətilə təntənəli bayram tədbiri keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH-nin başçısı Vasif İmanov, idarə, müəssisə rəhbərləri, şəhid ailələrinin nümayəndələri və rayon ictimaiyyəti iştirak etdi.
      Dekabr ayının ilk günündən etibarən rayonun bütün qəsəbələri bayram əhval-ruhiyyəsində bəzədilmiş, Uşaq Parkında böyük yolka quraşdırılmış, mərkəzi küçələrdə şanlı bayrağımız asılmışdır. Bununla yanaşı, Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il bayramı”na həsr olunmuş Tədbirlər Planı işlənib hazırlanmış və Plana uyğun olaraq Vətən müharibəsi iştirakçıları ilə görüşlər, intellektual yarışlar, idman yarışları, məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri, ağacəkmə və  humanitar aksiyalar keçirilmişdir.
         Bayram tədbiri açıq elan edildikdən sonra, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qarşıdan gələn “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il bayramı” münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, onlara yeni ildə can sağlığı, sevinc dolu günlər arzu edərək xalqımıza sonsuz sevinc və fəxarət hislərini yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa dilədi. Bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2023-cü ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, “Heydər Əliyev ili” Azərbaycan xalqının çoxəsrlik yaddaşında suverenliyimizin tam bərpası ili kimi əbədiyyən qalacaqdır. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Xankəndində üçrəngli bayrağımızı qaldırması bütün dünya azərbaycanlılarının ən böyük arzusu və sevinci idi. Dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqı birlik və həmrəyliyin işığında qüdrətli Azərbaycan dövlətinin qanadları və himayəsi altında qürur hissi ilə yaşayır və Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin liderliyində qalib xalqımızın möhtəşəm uğurlarının davamlı olacağına əmindirlər.
       Tədbir yeni il şənliyi ilə davam etdi. Rəngarəng musiqi nömrələrinin səhnələndiyi bayram tədbirində uşaqlar Şaxta baba, Qar qız ilə birgə rəqs edib, şənləndi, maraqlı oyunlar keçirdi. Sonda Şaxta baba və Qar qız şəhid övladları başda olmaqla uşaqlara yeni il sovqatları təqdim etdi.
Keçidlər