Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı
12 dekabr 2014 | 11:00
Pirallahı rayonunun hər dörd qəsəbəsində - Pirallahı, Gürgən, Çilov və Neft Daşlarında rayonun sakinləri üçün ehsan süfrələri açılmış, ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.
Pirallahı qəsəbəsi 28-ci məhəllədə yerləşən xeyir-şər evində ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar təşkil olunmuş anım mərasimində çıxış edən Pirallahı RİH-ti başçısının müavini Vəzir Səfixanov Ulu Öndərin Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirərək, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyini bildirdi. V.Səfixanov zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran Ümummilli Lider Heydər Əliyevi Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə etdi.