Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Çilov adasında sakinlərlə növbəti görüşü oldu
17 dekabr 2014 | 11:00
17 dekabr 2014-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Çilov adasına növbəti səfəri baş tutdu. Helikopter meydanşasında qarşılanan rəhbərlik və nümayəndə heyəti adada növbəti ağaçəkmə kompaniyasında iştirak etmək üçün əvvəlcədən nəzərdə tutulmuş əraziyə gəldi. İDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Çilov adasında növbəti ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində 200 ədəd zeytun və şam ağacı əkildi.
Qeyd edək ki, yarandığı gündən indiyədək Pirallahı rayonu ərazisində 100 mindən çox yaşları müxtəlif olan çoxillik Giparis, Zeytun, Şimşək-nanə, Tuya, Leandra, Buksus, Liqustr, Eleks kimi ekzotik ağaclar və 20 mindən çox mövsümi gül kolları əkilmişdir. Əkilən ağaçların 50 mini məhz Çilov adasının payına düşür.
Rayon rəhbərliyi və nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abinənin önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirdilər.
Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Çilov ada sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, rayonun məsul vəzifəli şəxsləri və 100-dən artıq qəsəbə sakini iştirak edirdi.
Tədbir iştirakçilarını salamlayan Pirallahı rayon İcra hakimiyyətinin başçısı Vasif İmanov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılan gündən rayon sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bildirildi ki, bu inkişafa nail olmaq üçün rayon əhalisi mövcud problemləri araşdırmaq məsələsində rayon rəhbərliyinə yaxından kömək etməli, qarşıya çıxan çətinlikləri birgə dəf etmək məqsədilə daim rəhbərliklə qarşılıqlı təmasda fəaliyyət göstərməlidir. Qeyd olundu ki, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının əsaslı təmiri davam etdirilir. Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd -140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Qala-Pirallahı magistral yol boyu ətraf ərazilərin abadlaşdırılması işləri mütəmadi şəkildə davam etdirilməkdədir. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq burada hazırda sazlama işləri başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş miqyaslı quruculuq işlərinin vüsət aldığını vurğulayan İcra hakimiyyətinin başçısı, bu işlərin tərkib hissəsi kimi, Çilov qəsəbəsində ARDNŞ-nin dəstəyi ilə yeni yataqxana kompleksinin, ƏKS OSMOS qurğusunun tikildiyini, əhalinin içməli su ilə təminatının yaxşılaşdırıldığını, yolların asfalt örtüyünün yeniləndiyini, ekoloji sağlamlıq istiqamətində xeyli iş görüldüyünü, 16 saylı BŞX-da cari təmir işləri aparıldığını və çarpayı ilə təmin olunduğunu, adada aptekin açılmasını, geniş yaşıllıq zolaqlarının salındığını nəzərə çatdırmışdır. İcra Başçısı Çilovda mövcud sabitliyin qorunması, adaya gəlib-gedənlərə daim nəzarət edilməsi barədə müvafiq orqanların nümayəndələrinə göstərişlər vermişdir. Yaxın günlərdə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Çilov qəsəbəsindəki mövcüd 1 seçki məntəqəsinin maddi-texniki bazası Rayon İcra Hakimiyyəti tərəfindən gücləndirilmişdir.
Rayondakı mövcud problemlərin bir çoxunun “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” na salındığını bildirən V.İmanov 16 saylı BŞX-ın proqram çərçivəsində əsaslı şəkildə təmir olunacağını da diqqətə çatdırdı.
Çilovda içməli su ilə təminat məsələsinin həlli istiqamətində işlərin sürətləndiriləcəyini deyən, Pirallahı rayonunun yalnız neft rayonu kimi deyil, eyni zamanda gələcəkdə bir turizm bölgəsi kimi də inkişaf etməli olduğunu vurğulayan V.İmanov bütün məsələlərin ilk növbədə dövlətimizin və ölkə başçısının mənəvi və maliyyə dəstəyi ilə mərhələli şəkildə həyata keçiriləcəyini qeyd etmişdir. Rayonun inkişafı üçün çox işlər görən ARDNŞ rəhbərliyinin bundan sonra da daim Pirallahı sakinlərinin yanında olacağına əmin olduğunu söyləyən İcra Başçısı paytaxtımızda sayca 12-ci yaradılmış Pirallahı rayonunun reallaşdırılacaq geniş miqyaslı layihələr sayəsində yaxın gələcəkdə Bakı şəhəri rayonları arasında ön cərgələrə çıxacağına əminliyini ifadə etmişdir.
Bildirildi ki, Çilov adasında bir çox mühüm və perspektiv layihələrinin həyata keçirilməsi üçün qəsəbədə aidiyyəti qurumlar tərəfindən monitorinqlar aparılmaqdadır. Monitorinqlərin başa çatdıqdan sonra, adada mühüm layihələr icrasına start veriləcəkdir, o cümlədən alternativ enerjisinin alınması üçün Günəş Elektrik Stansiyanın inşası həyata keçiriləcəkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə əldə olunmuş uğurlardan, Bakı şəhəri və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən bəhs etdi. Xüsusilə vurğuladı ki, yeni yaradılmış Pirallahı rayonu ölkə başçısının daim diqqətindədir və burada mövcüd olan bütün problemlər Prezident İlham Əliyevin tapşırığına əsasən yaxın gələcəkdə tamamilə aradan qaldırılacaqdır. O, həmçinin qəsəbə sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, onlara ən xoş arzularını dilədi.
Daha sonra ada sakinlərindən Əzimova Zərifə, Fərəcova Aygün, Qurbanov Fəxrəddin, İbrahimov İlham, Musayev Rafael, Məmmədov Amil, Nuriyev Vaqif və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Suallar əsasən nəqliyyat, işlə təminat, qəsəbə sakinlərinin adadan kənara gediş-gəlişini yaxşılaşdırmaq məqsədilə nəqliyyat məsələsinin həlli, 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, qəsəbədə bankomatın goyulması, Çilovda qeydiyyatsız yaşayanların qeydiyyata alınması, qəsəbənin ara küçələrinin asfaltlaşdırılması və digər məsələləri əhatə etmişdir. Sakinlərin suallarını ətraflı cavablandıran İcra Başçısı görüşdə iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində müvafiq göstərişlər verdi.
Ada sakinləri ilə görüşdən sonra İcra hakimiyyətinin başçısı Vasif İmanov Çilov qəsəbəsində görülən işlərlə tanış oldu, burada fəaliyyət göstərən idarə və müəsisələrinin əmək kollektivləri ilə görüşlər keçirmişdir.